“1in.am”:”Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirən Moskva İrəvanın sadiqliyinə inanmır”
Ermənilər yenə qan ağlayırlar. Artıq dünəndən bəri erməni saytları “Moskva ilə Bakı arasındakı münasibətlərin inkişafının diqqətəlayiq dinamikasından son dərəcə narahatlıq” nümayiş etdirilər (“1in.am”). Saytın yazdığına görə, görüşdə Rusiya prezidenti iki ölkə arasındakı əlaqələrin strateji xarakterini də vurğuladı: "Əlaqələrimiz siyasi və iqtisadi baxımdan da inkişaf edir”.
Rusiya və Azərbaycan liderlərinin görüşündə 16 sənədin imzalandığını bildirən erməni saytı bu sənədlərin sektoral müxtəlifliyinə də “diqqət yetirib”.
“1in.am” saytı daha sonra yazır: “...Lakin Ermənistanın Rusiyaya qarşı təkvektorlu siyasəti elə də bir effekt vermədi, əksinə, erməni-rus münasibətlərində dərin böhrana gətirib çıxardı. Bu, Lavrovun Ermənistanla bağlı verdiyi bəyanatda, Putinin rəsmi şəkildə Robert Koçaryanı ad günü münasibətilə etdiyi təbrikdə də özünü göstərdi. Bütün bunlar Moskvanın İrəvana qarşı etimadsızlığının təzahürüdür. Biz hələ baş nazirimiz Nikol Paşinyanın Rusiyaya etdiyi iki səfərin faktiki olaraq protokol olduğunu və konkret müqavilələrlə dəstəklənməməsindən danışmırıq”.
Saytda yer alan maraqlı nüanslardan biri də son günlər Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı ermənilərin verdiyi “məsləhət”dir: “Bakı Moskvadan nə əldə etdiyini yaxşı anlayır. Belə ki, KTMT-yə üzvlük Azərbaycanın yürütdüyü xarici siyasətə məhdudiyyət qoya bilər”.
Təbii ki, bu da erməni xainliyinin təzahürlərindən biridir...
Ağasəf

Xəbər 204 dəfə oxundu.