Güləşçimiz Özbəkistanın Müstəqillik Gününə həsr olunan turnirin qalib olub
Daşkənddə yeniyetmələr arasında güləş üzrə Özbəkistanın Müstəqillik Gününə həsr olunan respublika turnir keçirilib. Yarışda respublikanın bütün regionlarından olan yeniyetmələr iştirak ediblər. Bu yarışda gənc azərbaycanlı güləşçi Əmrah Hüseynzadə bürünc madal qazanıb.
Qeyd edək yarışda Özbəkistanda və Azərbaycanda tanınmış güləşçi, 3 qat dünya çempionu, diaspor sahəsində də aktiv fəaliyyət göstərən Mais İbadov da fəxri qonaq kimi iştiark edib.
Xatırladaq ki, hazırda 6-cı sinifdə oxuyan Əmrah Hüseynzadə 2006-cı ildə Özbəkistanda doğulub. Əmrahın atası Mehdi Hüseynov da Özbəkistanın tanınmış güləşçisidir. Mehdi Hüseynov Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası sədrinin idman məsələləri üzrə müavini və sərbəst güləş üzrə baş məşqçi olub. O, eyni zamanda aktiv diaspor üzvü kimi fəaliyyət göstərib.


Fuad


Xəbər 76 dəfə oxundu.