Ermənistanda Paşinyana qarşı narazılıq artır
Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət bundan əvvəl erməni xalqına verdiyi vədlər hələ ki, boş vədlər olaraq qalmaqdadır. Təbii ki, bu gözlənilən idi. Çünki heç bir resursu olmayan, daha çox xarici ianələr hesabına yaşayan bir dövlət nəyə ümid edə bilərdi ki?
Xatırlatsaq ki, Paşinyanın pul üçün Avropaya ilk cəhdinin də uğursuz sonuclanması, artıq onun xalqdan da dəstək ala bilgcəyinə kölgə salmaqdadır. Ölkədəki «məxməri inqilab»ın onların həyatında elə də bir dəyişiklik etmədiyini anlamağa başlayan ermənilərin yeni baş nazirə qarşı narazılıqları günü-gündən artmaqdadır. Bunu Ermənistandakı son yaşantılar da təsdiq edir. Məsələn, «Tert.am» saytı dünən İrəvandakı "Arınç moll" ticarət mərkəzi əməkdaşlarının Ermənistan hökuməti binası yaxınlığında etiraz aksiyası keçirdikləri barədə məlumat yayıb. Məlumatda aksiya iştirakçıları Ermənistana gətirilən malların daşınma qiymətləri artdığından ölkədəki kiçik və orta sahibkarlığı problemlərlə üz-üzə qaldığını bildiriblər. «Ölkədə gündən- günə davam edən bazar qiyməti artımları bizim sabahımız üçün heç bir yaxşılıq vəd etmir». Bu sözləri mitinq iştirakçılarından biri bildirib. Onun sözlərinə görə, nəqliyyat xərclərinin baha olması bir çox iş adamlarını idxal hüququndan məhrum edib. Sayt yazır ki, Baş nazir Nikol Paşinyanla görüşə ümid edən mitinq iştirakçılarının əksəriyyəti tələblərinin həyata keçiriləcəyinə o qədər də inamlı deyillər.
Ağasəf Babayev

Xəbər 58 dəfə oxundu.