Baş nazir Novruz Məmmədov Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibində dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Kollegiyanın üzvləri:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri;
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri;
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru.

Xəbər 103 dəfə oxundu.