Danimarka futbolunda böhran- futbolçular millinin düşərgəsini tərk ediblər
Danimarka Futbol Federasiyası (DBU) ilə Futbolçular Birliyi arasında davam edən anlaşmazlıq Slovakiya və Uels milliləri ilə qarşılaşmadan əvvəl ciddi böhrana səbəb olub.
Futbolçuların reklam və sponsorluq müqavilələri ilə bağlı hüquqlarına dair tərəflər arasında aparılan müzakirələrdə razılığın əldə edilməməsi ölkə futbolunda böhranla nəticələnib. Slovakiya və Uels milliləri ilə qarşılaşma üçün yığma komandaya çağırılan futbolçular düşərgəni tərk ediblər. Federasiya heyətə cəlb olunmaq üçün aşağı liqalarda forma geyən futbolçulara dəvət göndərsə də, onlar milli komandanın üzvlərini dəstəkləyərək yığmaya gəlməyə etiraz ediblər.

Milli komandanın baş məşqçisi Aage Hareide və köməkçisi Yon Dahl Tomasson da futbolçuları dəstəkləyərək millidə çalışmayacaqlarını bəyan etdikdən sonra DBU iki oyun üçün baş məşqçi axtarışlarına başlayıb.

Xəbər 81 dəfə oxundu.