Donald Tramp İrli Litsenbergeri ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təklif edib
ABŞ prezidenti Donald Tramp İrli Litsenbergeri öz ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə təklif edib.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, İrli Litsenberger karyeralı diplomatdır və hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.
Bundan əlavə, D.Tramp Con Pommerşeymi ABŞ-ın Tacikistandakı səfiri vəzifəsində təklif edib. C.Pommerşeym karyeralı diplomatdır və hazırda ABŞ-ın Qazaxıstandakı səfirliyində işləyir. C.Pommerşeym rus, alman, yapon və Çin dillərini bilir.

Xəbər 45 dəfə oxundu.