Türkiyəyə məxsus 17 helikopter Ukraynada modernləşdiriləcək
Ukrayna Türkiyə Jandarma Qüvvələrinə məxsus “Mİ-17” tipli 17 helikopterin təmiri və modernləşdirilməsi üçün elan edilən tenderdə qalib gəlib. Tenderin qiyməti 40 milyon dollardır. Helikopterlər Ukraynanın Konotop aviatəmir zavodunda modernləşdiriləcək.
Hərbi texnikaların modernləşdirilməsi istiqamətində Ukraynanın Türkiyə hökuməti ilə apardığı danışıqlar davam etdirilir.

Xəbər 47 dəfə oxundu.