Tramp BMT Təhlükəsizlik Şurasının İran mövzusunda iclasına sədrlik edəcək
ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclası İran mövzusuna həsr olunacaq. Interfax xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib. “Prezident Təhlükəsizlik Şurasının görüşündə sədr olmaq niyyətindədir. O, görüşü İran tərəfindən beynəlxalq hüququn pozulması faktına və bu ölkənin Yaxın Şərq regionunda səbəb olduğu ümumi qeyri-stabilliyə reaksiya vermək üçün çağırır”, - deyə Heyli mətbuat konfransında bildirib. Daimi nümayəndə qeyd edib ki, BMT-nin qaydalarına əsasən, iclasda İran tərəfi də iştirak edə bilər. Bir qədər öncə İran Prezidenti Həsən Ruhaninin Baş Assambleyasının iclasında iştirak etməyi planlaşdırdığı barədə məlumat yayılmışdı. BMT Baş Assambleyasının 73-cü sessiyası sentyabrın 18-də işə başlayacaq. Ümumi müzakirələr sentyabrın 25-dən oktyabrın 1-dək davam edəcək.

Xəbər 86 dəfə oxundu.