Zərdabda 53 donor qan verib
B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun ölkəmizin ayrı-ayrı bölgələrində keçirdiyi qanvermə aksiyası davam edir. Aksiya talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə həyata keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, növbəti aksiyanın marşrutu Zərdab rayonuna olub. Qanvermə aksiyasında iştirak edən 53 donordan qan analizləri götürülərək laborator müayinəyə göndərilib.

Xəbər 74 dəfə oxundu.