İspaniya NATO-nun təlimlərində iştirak edəcək
İspaniya Silahlı Qüvvələri “soyuq müharibə” başa çatdıqdan sonra ilk dəfə olaraq NATO-nun ən iri təlimlərində iştirak etməyə hazırlaşır. Bu beynəlxalq təlimlər oktyabrın 25-dən noyabrın 7-dək Norveçin müxtəlif bölgələrində və onun sahil sularında keçiriləcək. İspaniya təlimlərə özünün təxminən 300 piyadasını, 500 dənizçisini və Hərbi-Hava Qüvvələrinin 100 nümayəndəsini göndərir. Bununla yanaşı, İspaniya ordusu bu Skandinaviya ölkəsinə 4 “Leopard” tankı, 11 “Pisarro” zirehli transportyoru, 3 gəmi, 6 “F-18” qırıcısı və 1 “S-295” nəqliyyat təyyarəsi də göndərir. Bu, müasir tarixdə ikinci hadisədir ki, İspaniya öz “Leopard” tanklarını sərhədlərindən kənara yollayır. İspaniya hökuməti bunu ilk dəfə 2017-ci ilin ortalarında - NATO-nun Baltik ölkələrində keçirdiyi təlimlər üçün edib.


Xəbər 81 dəfə oxundu.