“Aravot”: ”Zibilin çoxluğuna görə İrəvan “mafioz” Neapola bənzəyir”
Yerevanda zibilləri yığan yoxdur
Ermənistan KİV-i yazır ki, İrəvanın küçələri qalaq-qalaq zibillərlə doludur. Bununla bağlı olaraq Ermənistanda etiraz aksiyası keçirilir. Belə ki, İrəvanın Şenqavit rayonunda aksiya iştirakçıları "Sanitek" şirkətinə etiraz edirlər.
Onlar paytaxtda tullantıların yığılmasına məsul olan bu şirkətin bir neçə aydır ki, işini düzgün təşkil etmədiyini, şəhərdə antisanitar vəziyyətin yarandığını bildirirlər. “Aravot” yazır ki, zibilin çoxluğuna görə İrəvan “mafioz” Neapola bənzəyir.
Ağasəf

Xəbər 106 dəfə oxundu.