Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 29-da saat 10:00-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Mahmud

Xəbər 69 dəfə oxundu.