İdlibdə vəziyyət Ankaranı və Berlini narahat edir
AFR XİN başçısı Heyko Mas Suriyanın şimal-qərbindəki İdlib əyalətində vəziyyətin diplomatik yolla nizamlanmasının zəruriliyinə diqqəti cəlb edib. AZƏRTAC bu barədə Heyko Masın türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bugünkü görüşünün yekunlarına əsasən məlumat verir. Almaniyalı siyasətçi sabah Təbrizdə Rusiya, Türkiyə və İran prezidentlərinin iştirakı ilə sammit keçirilməsi planlaşdırıldığını xatırladaraq deyib: “Bu səbəbdən biz Türkiyəyə və onun nümayəndələrinə bir daha tövsiyə edirik ki, “münaqişənin digər iştirakçılarına təsir göstərmək və İdlibdə humanitar fəlakət şəraitində onları kütləvi bombardmanlardan çəkinməyə məcbur etmək” üçün həmin görüşdən istifadə etsinlər”.

Xəbər 41 dəfə oxundu.