Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur
Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən işlər davam edir. İşlər bir sıra istiqamətdə aparılır. QSC-nin İnfrastruktur Departamentinin “Əsaslı Təmir” MMC tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir. “Əsaslı Təmir” MMC-nin rəisi Abbas Qəmbərov deyib ki, hazırda Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur. Burada 20 ədəd yeni rigel quraşdırılıb və 20 ədəd dayaq basdırılıb. Təmir işləri davam edir.

Xəbər 32 dəfə oxundu.