Tanınmış ovçu vəhşi heyvanları insana tabe etməyin sirlərindən danışıb
Sentyabrın 5-də Etika Akademiyasında dünya şöhrətli, reytinqli ovçu Faiq Babanlının “Ali insan” mövzusu üzrə gənclərlə görüş keçirilib. Faiq Babanlı görüşdə enerji, hissiyyat və sürət haqqında, insanın ali gücə malik olması və ona ən vəhşi heyvanları tabe etməyin sirlərindən danışıb.
Dünyada ekstremal ovçu kimi tanınan Faiq Babanlı bildirib ki, ovçunun öncə güclü hissiyyatı və enerjisi, həmçinin ətrafdakı təhlükəyə ani reaksiyası olmalıdır: “Bunlar ovçunun cəngəllikdə ovlanmaması üçün ən vacib faktordur. Həmçinin peşəkar ovçuda böyük ürək olmalıdır. Ən vacibi də odur ki, ölüm mələyini tanımalısan”.
Görüşdə Faiq Babanlının dünyanın müxtəlif yerlərində etdiyi ov səhnələri ilə bağlı videoçarx nümayiş olunub. Daha sonra məşhur ovçu gənclərinin sualları cavablandırıb.
Xatırladaq ki, Faiq Babanlı 80 dən artıq ölkə və cəngəllikləri fəth edərək qorxmaz, cəsur və əzimliliyi ilə nümunədir. O, vaxtilə güləş və qaydasız döyüşlə məşğul olaraq böyük uğurlar qazanıb. 15 ildir ki, Safari Ov Klubu Azərbaycanın rəhbəridir. Həmyerlimiz ekstremal ovçu kimi dünyada nömrə birlər siyahısına düşüb və buna görə də dünyanın ən tanınmış ovçuları arasında onun da adı çəkilir.

Fuad

Xəbər 602 dəfə oxundu.