TAP-ın maliyyələşdirilməsi üçün maliyyə institutları ilə danışıqlar aparılır
“Trans-Adriatik” (TAP) boru kəməri layihəsinin maliyyələşdirilməsi üçün maliyyə institutları ilə danışıqlar aparılır”. Bu barədə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı layihədə iştirak edən bir neçə şirkət Avropa İnvestisiya Bankından kredit cəlb edir. TAP-ın maliyyəşdirilməsi ilə bağlı başqa maliyyə institutları ilə də danışıqlar aparılır. Güman edilir ki, 2019-cu ildə bununla bağlı nəticələr olacaq” - deyə nazir qeyd edib.

Xəbər 67 dəfə oxundu.