Neft-qaz sektoruna təqribən 95 milyard dollar investisiya cəlb olunub
Azərbaycanın neft-qaz sektoruna müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi üçün təqribən 95 milyard ABŞ dolları həcmində investisiya cəlb edilib. AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sentyabrın 7-də Bakıda keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018”də deyib. “Ötən il 2 milyardıncı ton neftini hasil edən Azərbaycan tarixən neft-qaz ölkəsi kimi tanınır və qlobal enerji layihələrinin müəllifidir”, - deyə nazir bildirib.

Xəbər 34 dəfə oxundu.