Sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə artıb
Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı isə 5 dəfə artıb. Bu barədə sentyabrın 7-də Bakıda keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018”də Baş nazirin birinci müavini Yaqub Eyyubov deyib. “2003-cü ildə ÜDM-də özəl sektorun payı 74 faiz olubsa, 2018-ci ildə bu rəqəm 83 faizi ötüb. 2017-ci ildə qeyri-neft sektorunda 2,7 faiz iqtisadi artım qeydə alınıb. Məşğulluqda qeyri-neft sektorunun payı 2003-cü ildə 68 faiz olduğu halda 2018-ci ildə bu göstərici 73 faizə çatıb”, - deyə Yaqub Eyyubov qeyd edib.

Xəbər 37 dəfə oxundu.