Ov icazələrinin sayı ovçuların sayından asılı deyil
Sentyabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində ov mövsümü və Azərbaycanda ovçuluğun təşkilinə həsr olunmuş mətbuat konfransı keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ovçuluqla bağlı nazirliyin “Qaynar xətt”inə çoxsaylı müraciətlərin daxil olduğunu deyib. Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, mayın sonundan ov mövsümü açıq elan edilib. İlk olaraq Dağıstan turunun ovlanmasına icazə verilib. Avqustun 24-dən etibarən isə quşların ovuna başlanılıb. Sentyabr ayından ilin sonunadək çöl donuzları və dovşanların ovlanmasına da icazə veriləcək. “Ovçuların sayı hər il artır. Ov icazələri ovçuların sayı və istəyinə uyğun müəyyən edilmir. Bu icazələrinin sayı ovlanan fauna növünün sayından asılıdır”,-deyə departament direktoru qeyd edib.

Xəbər 43 dəfə oxundu.