Rusiya və Çin dövlət başçıları Vladivostokda görüşəcəklər
Çin Xalq Respublikasının Sədri Si Cinpin 4-cü Şərq İqtisadi Forumunda iştirak etmək üçün sentyabrın 11-12-də Rusiyanın Vladivostok şəhərində səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Çin xarici işlər nazirinin köməkçisi Can Xanxuey bildirib. Si Cinpin səfər çərçivəsində Rusiyanın dövlət başçısı Vladimir Putin ilə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaq. Bu, Çin və Rusiya dövlət başçılarının cari ildə üçüncü görüşü olacaq. Qeyd edək ki, Şərq İqtisadi Forumu Rusiyanın ev sahibliyi ilə hər il Vladivostokda keçirilir.

Xəbər 76 dəfə oxundu.