17 qovaq ağacının kəsilməsi faktı aşkarlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı Füzuli rayonunun Alxanlı kəndi ərazisində yaşköküstə müxtəlif diametrli 17 qovaq ağacının kəsildiyi və təbiətə 7450 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.
Araşdırma zamanı ağacların rayon sakini Elyaz Alıyev tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbir görülməsi üçün Füzuli Rayon Prokurorluğuna göndərilib.

Mahmud

Xəbər 103 dəfə oxundu.