Türkiyə HHQ İraqın şimalında 4 terrorçunu məhv edib
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında xüsusi əməliyyat zamanı 4 PKK terrorçusunu məhv edib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildiriblər.
Məlumata əsasən, xüsusi əməliyyat Avaşin Basyan rayonunda keçirilib.
Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.

Xəbər 117 dəfə oxundu.