Hokkaydo adasında zəlzələ qurbanlarının sayı 30 nəfərə çatıb

Sentyabrın 6-da Yaponiyanın Hokkaydo adasında baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yerli hökumət orqanlarının məlumatına əsasən, təbii fəlakət nəticəsində, həmçinin 400 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 9 nəfər isə hələ də itkin düşmüş sayılır.
Zəlzələdən zərər çəkən rayonlarda 31 min ev içməli su çatışmazlığı ilə üzləşib, 16 min nəfər isə müvəqqəti sığınacaqlara yerləşdirilib.
Axtarış-xilasetmə əməliyyatlarına özünümüdafiə qüvvələrinin hərbçiləri və kinoloqlar da daxil olmaqla, 40 min nəfər, həmçinin 75 helikopter və digər xüsusi texnika cəlb edilib. Yaponiyanın Baş naziri Sindzo Abe ölkə hökumətinin ərzaq, içməli su və xəstəxanalardakı generatorlar üçün yanacaq alınması üçün zərər çəkən regiona vəsait ayıracağını bildirib.

Xəbər 45 dəfə oxundu.