Volodya Avetisyan: “Ermənilərin maaş və pensiyaların artacağına ümidləri yoxdur”

"Nə qədər gözləmək olar? 20 ildən artıq idi ki, insanlar əziyyət çəkirdilər, amma indi öz iradələri ilə yeni hakimiyyət seçiblər. Lakin hələ də, elə bir dəyişiklik müşahidə edilməyib və biz yenə də dözmək məcburiyyətindəyik?”

Bu fikirləri “1in.am” saytına verdiyi müsahibəsində "Qurucu parlament" üzvü Volodya Avetisyan bildirib. Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyanın istefasını tələb edən Avetisyan erməniləri sentyabrın 10-da keşirəcəkləri aksiyasında fəal iştirak etməyə çağırır: “Bu sistemdə dəyişikliklər aparılmalıdır, amma hələ də, heç bir dəyişiklik aparılmayıb. Bu gün biz ölkə prokurorlugu qarşısında mitinq keçirirərək, Şant Arutyunyanın azad edilməsini tələb etdik. (Xatırladım ki, ermənilərin siyasi və ictimai fəal kimi təqdim etdikləri Şant Arutyunyan Ermənistanın Nikol Paşinyan tərəfindən deyil, Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən idarə edildiyini iddia etdiyinə görə həbs edilib). Bu gün Ermənistanda idarəetmənin bütün sahələrində dəyişikliklər edilib. Bizdə yeni baş nazir “təyin” edilib, yeni hökumət yaradılıb, ancaq buna baxmayaraq, ölkədə yaxşılığa doğru heç bir dəyişiklik yoxdur. Bu gün Ermənistanda nazirlər, komitə sədrləri dəyişsələr də, aşağı palatada işləyənlərin əksəriyyəti Serj Sarkisyan və Robert Koçaryan dövrünün mütəxəssisləridir. Biz keçirəcəyimiz mitinqlərdə Ermənistanda mövcud olan bütün problemləri qaldıracağıq. Bugünkü hökumət ölkədəki vəziyyət, insanların sosial vəziyyəti, onların hüquqları üçün məsuliyyət daşıyır. Lakin necə? Dünən, bu gün hökumət binası qarşısında müxtəlif qruplar tərəfindən etiraz aksiyaları keçirilməkdədir. Bunlar təqaüddə olan zabitlərdir, "Nairit"in əməkdaşlarıdır, uşaq evlərinin müəllimələdirlər ki, sonuncular da dövlətdən çatası olacaq mənzilləri tələb edirlər. Məsələ bundadır ki, bütün bu problemlər hələ də Ermənistanda qalmaqdadır. Ümumi problem isə yenə də maliyyə məsələsi olaraq qalır. Məncə, bu gün hakimiyyət Robert Koçaryanla və ya Serj Sarkisyanla hesab çəkməyə ehtiyat edir. Ümidsizlik, xəyal qırıqlığı baxımından problemlər bu gün də qalmaqdadır. Çünki bu gün ölkədə nə maaşların, nə də pensiyaların artırılması barədə heç bir ümid işığı yoxdur, qiymətlər isə hələ də yüksəlmkdə davam edir.
Belə görünür ki, artıq insanlar da bezib. Axı nə qədər gözləmək olar? 20 ildən artıq əziyyət çəkən xalq yeni hökumətə böyük ümidlər bəsləyidi. Bu gün insanlar yaşamaq istəyirlər. Amma necə yaşasınlar? Ermənistanda 18, 20, 30 min dram pensiya alan təqaüdçü bu pula təkcə kommunal xərclərimi ödəməlidir? Bu başadüşüləndir ki, heç bir problemi olmayan insan etiraz mitinqinə çıxmaz. Bununla belə, onlar hələ ki, “sabah daha yaxşı olacaq” ümidi ilə dözürlər. Lakin nə vaxta qədər?..

Ağasəf Babayev



Xəbər 196 dəfə oxundu.