Moldova prezidenti yol qəzası nəticəsində xəstəxanaya yerləşdirilib
Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb.
AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb.
Məlumata görə, prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub.
Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib.

Xəbər 39 dəfə oxundu.