Amerkalı futbolçu karyerasını başa vurdu

ABŞ millisinin sabiq futbolçusu Cermeyn Cons karyerasını bitirib. Goal.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, “instaqram”da bunları yazıb:
“18 ildən sonra xudahafizləşirəm. Mənə tamamilə aydındır ki, getmək üçün ən uyğun vaxtdır. Fikirləşmək üçün bir-iki ay vaxtım oldu. Bu illər ərzində mənə inanan məşqçilərə və komanda yoldaşlarıma təşəkkür edirəm. Xüsusi təşəkkür isə daim mənə dəstək verən azarkeşlərədir”.
Consun son klubu Los-Angeles Galaxy olub. O, Bundesliqada müxtəlif klubların heyətində 165 oyun keçirib. Cermeyn ABŞ yığmasının formasını 69 oyunda geyinib.

Xəbər 79 dəfə oxundu.