İngiltərənin Avropa İttifaqından ayrılmaq strategiyası ölkə qanunlarını təhlükəyə atır

İngiltərənin sabiq xarici işlər naziri Boris Conson Baş nazir Tereza Meyin Avropa İttifaqından ayrılmaq strategiyasının ölkəni və qanunlarını təhlükəyə atdığını deyib.

AZƏRTAC xəbər veir ki, sabiq nazir “Daily Mail” qəzetinə yazdığı məqaləsində Tereza Meyin ölkə qanunlarına “intihar jileti” geydirdiyi və partlayıcı maddəni də Brüsselin əlinə verdiyi fikrini irəli sürüb. B.Conson bununla da ölkənin siyasi şantaja açıq olduğunu iddia edib.
Qeyd edək ki, sabiq nazir Brexit kampaniyasının dəstəkçilərindən olub. Lakin 2018-ci ilin iyul ayında Brexitdən sonra İngiltərənin Avropa İttifaqının koloniyasına çevriləcəyini bildirərək istefa verib.

Xəbər 33 dəfə oxundu.