UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Maltanın qonağı olacaq

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün Malta-Azərbaycan oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 22:45-də Ta Qali milli stadionunda keçiriləcək oyunu monteneqrolu hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Nikola Dabanoviç olacaq. Ona Milovan Djukiç və Jovica Tatar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandar Djikanoviç yerinə yetirəcək.
Qrup mərhələsinin ilk oyununda Azərbaycan millisi Bakı Olimpiya Stadionunda Kosovo yığmasını qəbul edib və qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, Farer adaları 3 xalla qrupda birinci pillədə qərarlaşıb. Azərbaycan və Kosovo 1 xalla ikinci-üçüncü, hesabında xal olmayan Malta isə sonuncu pillədədir.

Xəbər 67 dəfə oxundu.