“ASAN xidmət”ə 24 milyonuncu müraciət qeydə alındı
Sentyabrın 10-da “ASAN xidmət”ə 24 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, bu müraciət Sumqayıt “ASAN xidmət” mərkəzinə Cavadovlar ailəsi tərəfindən edilib. Ailə Ədliyyə Nazirliyinin doğumun qeydə alınması xidmətinə müraciət edərək əkiz övladlarına doğum haqqında ilkin şəhadətnamə alıb. 24 milyonuncu müraciətin sahibləri kimi Nəsib və Nasir qardaşları təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar. Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Tural

Xəbər 43 dəfə oxundu.