TRASEKA-nın Katibliyi ilə CAREC memorandum imzalayıb
Sentyabrın 10-da mənzil-qərargahı Bakıda yerləşən TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum iki qurum arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsini nəzərdə tutur. Sənədi TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirça Çiopraqa və CAREC-in direktoru Bayaraa Sanjaasuren imzalayıb. Tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri və ekspertlər iştirak edib. Qeyd edək ki, TRASEKA nəqliyyat dəhlizinin keçdiyi 13 ölkənin 6-sı - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür.

Xəbər 70 dəfə oxundu.