“Jurnalistlər binası”nın qarşısında “cib” tipli dayanacaq məntəqələrinin təşkili yekunlaşıb
Jurnalistlər üçün salınan yaşayış kompleksinin qarşısında “cib” tipli dayanacaq məntəqələri artıq hazırdır. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məntəqələrdə pavilyon və məlumat lövhəsi də quraşdırılıb. Qeyd edək ki, 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq, “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb. Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Xəbər 124 dəfə oxundu.