Çexiyanın yeni səfiri etimadnaməsinin surətini təqdim edib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Milan Ekerti ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib.
Səfir Milan Ekert etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Diplomat fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında ənənəvi dostluq münasibətlərinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. O, Azərbaycanın regionda Çex Respublikasının strateji və etibarlı tərəfdaşı olduğunu vurğulayıb.
Görüş əsnasında Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib. Həmçinin fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin ikitərəfli ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Nazir Elmar Məmmədyarov səfir Milan Ekertə fəaliyyətində uğurlar arzu edib.

Xəbər 79 dəfə oxundu.