TUMİB AXC və Qafqaz Türk-İslam Ordusunun 100 illiyi münasibəti ilə tədbirlər keçirəcək
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Qafqaz Türk - İslam Ordusunun 100 illiyi münasibəti ilə tədbirlər keçirəcək. Belə ki, 12.09.2018-ci ildə saat 12:00-da Azərbaycanda Atatürk Mərkəzində “Qafqaz Türk - İslam Ordusunun Bakı Zəfərinin 100 illiyi” adlı dəyirmi masa təşkil ediləcək.
Digər tədbir isə 13 sentyabr 2018 - ci ildə saat 11:00-da Hacıqabul rayonunda Heydər Əliyev Mərkəzində keçiriləcək. “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz-İslam Ordusunun 100 illiyi” adlı konfransla yanaşı, rayonun Qubalıbaloğlan kəndində yerləşən Türk şəhidliyi də ziyarət olunacaq. İştirak etmək istəyənlər məlumat versinlər: Tel: (+99 450) 500 04 66, (+99 412) 511 73 74

Xəbər 121 dəfə oxundu.