Malta-Azərbaycan oyunu heç-heçə yekunlaşıb
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Malta-Azərbaycan oyunu başa çatıb. Trend-in məlumatına görə, hesabı Malta yığması 10-cu dəqiqədə açıb. Aqius millimizin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib.
Lakin Azərbaycan millisi hesabı bərabərləşdirə bilib. Belə ki, 26-cı dəqiqədə müdafiəçi Təmkin Xəlilzadə rəqib qapıçısını məyus edib.
Birinci taym 1:1 hesabı ilə başa çatıb.
İkinci taymda isə hesab dəyişməyib. Beləliklə, oyun heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra Azərbaycan millisi xallarını 2-yə çatdırıb və paralel oyunda Kosovonun Farer adalarını məğlub etməsi səbəbindən 3-cü pilləyə enib. Kosovo 4 xalla 1-ci pilləyə yüksəlibsə, Farer adaları 2-ci pilləyə enib. 1 xala malik Malta isə sonuncudur.

Xəbər 140 dəfə oxundu.