Portuqaliya İtaliya millisini minimal hesabla məğlub edib
Sentyabrın 10-da UEFA Millətlər Liqasında ikinci turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci turda bir sıra maraqlı qarşılaşmalar keçirilib. "A" liqasının 3-ci qrupunda Portuqaliya millisi dördqat dünya çempionu İtaliya yığmasın qəbul edib. Görüş "Estadio da Luiz" stadionunda oynanılıb. Qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeganə qolun müəllifi matçın 48-ci dəqiqədə Andre Silva olub.
"B" liqasının 2-ci qrupunda yer alan Türkiyə millisi səfərdə İsveç yığmasını 2:3 hesabı ilə məğlub edib.
"C" liqasının 4-ci qrupunda Monteneqro yığması Litva millisini (2:0), həmin qrupda yer alan Serbiya seçməsi isə doğma meydanda Rumıniya millisini məğlub edib (2:1).
Azərbaycan millisinin yer aldığı "D" liqasının Farer Adaları yığması səfərdə Kosovo yığmasına 2:0 hesabı ilə məğlub olub.
"C" liqasının 1-ci qrupunda Şotlandiya millisi Albaniya yığmasını (2:0), "D" liqasının 1-ci qrupunda isə Andorra seçməsi Qazaxıstan komandasını məğlub edib (1:0).

Xəbər 46 dəfə oxundu.