Selfi qadının həyatını xilas etdi
ABŞ-da yaşayan 63-yaşlı Xuanita Branç selfiyə görə sağ qalıb.
Təzə selfi çəkəndən sonra qadın fikir verib ki, onu dodağının bir kənarı aşağı düşüb, üz asimmetrik olub. İnsultun simptomlarını bilən qadın dərhal həkimlərə müraciət edib.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, həkimlər xəstəyə vaxtında kömək edə bilib və hal hazırda Xuanita sağlamdır.
İnsult zamanı beyində damar tıxanır və ya partlayır ki, bunun nəticəsində beyin hüceyrələri kütləvi şəkildə məhv olunmağa başlayır. İnsult baş verdikdən sonra tibbi yardım mümkün qədər tez göstərilməlidir. Əks halda xəstənin sağlamlığını və bəzən hətta həyatını xilas etmək çətin olur.

Xəbər 55 dəfə oxundu.