Bəzi küçələrdə piyada keçidləri təşkil olunacaq
Piyada təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmələrində nizamlanan piyada keçidlərinin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi aidiyyəti qurumlara təklif göndərib.
Agentlikdən bildirilib ki, müsbət rəy əldə edildikdən sonra qeyd edilən ünvanlarda nizamlanan piyada keçidləri təşkil olunacaq.
Hazırda hər iki ünvanda piyadaların pərakəndə şəkildə xaotik hərəkəti müşahidə edilir. Bu da piyadaların təhlükəsizliyini təmin etməyə imkan verməməklə yanaşı, həm də nəqliyyatın axınında ləngimələrə səbəb olur.
BNA digər məsələ ilə bağlı da məlumat yayıb. Qurumdan verilən məlumata görə 7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik olunub. Dəyişikliyə əsasən bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək. Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir.
Tural

Xəbər 85 dəfə oxundu.