Bakı- Şarm əş-Şeyx birbaşa aviareyslərinin perspektivləri müzakirə olundu
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırov Misir nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə “Ərəb Dəniz Gəmiçilik Palataları Federasiyası”nın prezidenti, “Kadmar Turizm” şirkətlər qrupunun prezidenti, “İskəndəriyyə İş Adamları” assosiasiyasının davamlı inkişaf komitəsinin sədri, Kontr-admiral Hatem Əlqadi, eləcə də, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elayd və Misir Səfəriliyinin müvəqqəti işlər vəkili Hossam Başari də daxildir. Görüş zamanı AZTA rəhbəri Assosiasiyanın fəaliyyəti, ölkənin turizm potensialının təbliği və turizm sahəsinin inkişafı sahəsində görülmüş işlər, onların nəticələri barədə qonaqlara geniş məlumat verib. Nahid Bağırov qonaqları assosiasiyanın ölkə xaricində fəaliyyət göstərən nümayəndəlikləri və onların təbliğat kampaniyalarına tövhələri barədə də məlumatlandırıb. AZTA-nın bundan sonra da Azərbaycanın turizm potensialının inkişafında aktiv iştirak edəcəyinı assosiasiya rəhbəri nümayəndə heyəti üzvlərinin diqqətinə çatdırdı. Görüş zamanı Azərbaycan və Misir arasinda turizm əlaqələrinin inkişafı, o cümlədən ikitərəfli turist mübadiləsinin artırılması, turizm şirkətləri və müvafiq qurumlar arasındə əlaqələrin inkişafı perspektivləri müzakirə olundu. Tərəflər Bakı - Şarm əş-Şeyx birbaşa aviareysinin qarşılıqlı turist axınına tövhəsindən danışdılar. Sonda tərəflər Azərbaycan və Misir arasında turizm əlaqələrinin inkişafına bundan sonra da tövhə verəcəkləri barədə qərara gəldilər.

Xəbər 47 dəfə oxundu.