Minskdə XIII Belarus beynəlxalq mediaforumu işə başlayır
Sentyabrın 11-də Minskdə “Gələcək naminə tərəfdaşlıq: media məkanı üçün rəqəmsal gündəm” XIII Belarus beynəlxalq mediaforumu işə başlayır.
AZƏRTAC xəbər verir ki, mediaforumda təxminən 30 ölkədən 300 nümayəndə iştirak edəcək. İlk dəfə olaraq beynəlxalq mediaforuma Vyetnam, Monqolustan, Banqladeşin nümayəndə heyətləri də qatılacaq. Həmçinin Almaniya, Fransa, Avstriya, Bolqarıstan, ABŞ və İsraildən qonaqlar mediaforumda iştirak edəcəklər. İştirakçılar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) nümayəndəsi də iştirak edir.
Beynəlxalq mediaforumun rəsmi açılışı sentyabrın 12-də keçiriləcək və panellər üzrə davam edəcək. Tədbirdə Avrasiya İqtisadi Birliyi məkanının rəqəmsallaşdırılması, Belarusda rəqəmsal iqtisadiyyatın və informasiya cəmiyyətinin qurulması, müasir medianın fəaliyyətində keyfiyyət dəyişikliyinin həyata keçirilməsi, eyni zamanda, mediada rəqəmsal formatların, yeni media idarəetmə texnologiyalarının tətbiqi məsələləri, habelə çoxsaylı onlayn nəşrlərin ictimai həyata yaratdığı transsərhəd informasiya çağırışları və təhdidlər müzakirə ediləcək.


Xəbər 42 dəfə oxundu.