Çin pilotsuz metro qatarı təqdim edir
Çinin "CRRC Changchun Railway Vehicles" dəmir yolu istehsalçısı metropoliten üçün yeni pilotsuz qatar təqdim edib.
Trend-in məlumatına görə, yeni nəsil qatar enerji tələbatı xərclərini 15 faiz azaltmağa imkan verir.
Şirkətin texniki mütəxəssisi Van Çjunhaya "Sinhua" agentliyinə bildirib ki, karbon lifdən hazırlanan qatar adi metro vaqonlarından 15 faiz yüngül olduğu üçün enerjidən istifadəni 15 azaltmaq mümkün olacaq.
O, həmçinin bildirib ki, qatar bütün əməliyyatları hərəkət zamanı avtomatik həyata keçirməyə imkan verən pilotsuz idarəetmə sistemi ilə təchiz olunub.

Xəbər 47 dəfə oxundu.