Qarabaşaq kotleti
Tərkibi:
1 st. bişmiş qarabaşaq
2-3 yumurta
100 q pendir
1 baş soğan
50 q kərə yağı
duz
istiot

Hazırlanması:
Soğanı xırda doğrayıb kərə yağında qovurun. Pendiri sürtgəcdən keçirin. Bişmiş qarabaşağı, soğanı, pendiri qarışdırın. Yumurta, duz, istiot əlavə edin.
Bu kütlədən kotlet tutun, una batırıb hər iki üzünü yağda qızardın.
Süfrəyə həm isti, həm soyuq halda verə bilərsiniz: hər iki halda dadlıdır.
Nuş olsun!

Xəbər 139 dəfə oxundu.