Əfqanıstanda baş verən partlayış nəticəsində həlak olanların sayı 68 nəfərə çatıb

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin Mohmand Dara rayonunda etiraz aksiyası zamanı baş verən partlayış nəticəsində həlak olanların sayı 68 nəfərə çatıb.

AZƏRTAC Pajvak informasiya agentliyinə istinadla xəbər verir ki, əyalət qubernatorunun nümayəndəsi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Onun sözlərinə görə, etirazçılar Mohmand Daranın yaxınlığında yerləşən Açin rayonunun polis qüvvələri komandirinin istefasını tələb edirdilər.
Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib. Taliban hərəkatı isə partlayışla əlaqəsinin olmadığını bildirib.

Xəbər 54 dəfə oxundu.