Yevgeni Kriştalyov: “Azərbaycan dəmir yollarının böyük potensialı var”
"Azərbaycan Dəmir Yolları" QSC beynəlxalq yüklərin daşınması, xüsusən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin genişlənməsində mühüm rol oynayır”. Bu sözləri Argus şirkətinin analitik qrupunun rəhbəri Yevgeni Kriştalyov Tbilisidə keçirilən "Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018" V beynəlxalq konfransında söyləyib. Siyasi-iqtisadi şərhçi Abşeron limanının beynəlxalq daşımaların həcminin artırılmasında mühüm rol oynayacağına inandığını bildirib. O qeyd edib ki, bu liman, eləcə də Ələt qəsəbəsindəki Beynəlxalq Dəniz Ticarət Limanı beynəlxalq daşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq.

Xəbər 32 dəfə oxundu.