İstehsalçı və ixracatçı assosiasiyalar üçün seminar keçirilib
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə istehsalçı və ixracatçı assosiasiyalar üçün "Kiçik və orta sahibkarların ixrac imkanlarının yüksəldilməsi məqsədilə assosiasiyaların fəaliyyətinin gücləndirilməsi" mövzusunda seminar keçirilib. AZPROMO-dan bildiriblər ki, kənd təsərrüfatı və qida sənayesində fəaliyyət göstərən 20-dən çox şirkətin nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan məhsullarının xarici bazarlara ixracı, bu istiqamətdə bazar araşdırmalarının aparılması, yeni bazarların müəyyənləşdirilməsi və onlarla biznes əlaqələrinin yaradılması mövzularında təqdimatlar keçirilib. Təqdimatlar yerli mütəxəssislərlə yanaşı, Almaniya və Latviyadan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılıb.

Anar

Xəbər 37 dəfə oxundu.