“Qarşıdakı onilliklərdə Azərbaycan qlobal təbii qaz bazarında mühüm aktorlardan olacaq”
“Qarşıdakı onilliklərdə Azərbaycan qlobal təbii qaz bazarında mühüm aktorlardan olacaq”. AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 12-də Bakıda jurnalistlərə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. "Hazırda Azərbaycanın təbii qaz hasilatı illik 18 milyard kubmetr civarındadır. Qarşıdakı 20 ildə Azərbaycanın təbii qaz istehsalının 3 dəfə artacağını proqnozlaşdırırıq" - deyə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qeyd edib.

Xəbər 33 dəfə oxundu.