Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür
Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda deyib. "Avropa İttifaqının (Aİ) Azərbaycanın biznes mühitinə dair 2018-ci il üzrə hesabatında bildirilir ki, Aİ şirkətlərinin 65 faizi ölkədəki mövcud makroiqtisadi vəziyyəti müsbət, 89 faizi isə gələcəkdə ölkənin makroiqtisadi vəziyyətini yaxşı və stabil kimi qiymətləndirir" - deyə nazir qeyd edib.

Xəbər 94 dəfə oxundu.