“Naxçıvanqla”da “Xəzinə axtarışı” intellektual oyunu təşkil olunub
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında “Xəzinə axtarışı” intellektual oyunu keçirilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarışdan əvvəl Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək oyunun keçirilməsində məqsədin gənclərin intellektual oyunlara cəlb olunması, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi olduğunu deyib. Oyunda yaşı 18-dən 29-dək olan gənclərdən ibarət 10 komanda mübarizə aparıb. Yekun nəticəyə əsasən “Şən oğlanlar” komandası qalib adını qazanıb. Digər iki pillədə “Zirvə” və “Diplomat” komandaları qərarlaşıblar. Sonda qalib komandalar və komanda üzvləri nazirlik tərəfindən diplom və fəxri fərmanlarla təltif olunublar.

Mahmud

Xəbər 45 dəfə oxundu.