Müddətli müqavilə ilə işə qəbul olunmuş müəllimlərin nəzərinə!
2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesində 1178 nəfər müəllim adını qazanıb. Nazirlikdən bildiriblər ki, işə qəbul olunmuş müəllimlər zəruri sənədləri (şəxsiyyəti təsdiqləyən sənədi, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər. Həmin mərkəzlərlə bağlı məlumatları əks etdirən infoqrafika nazirliyin saytında verilib.

Xəbər 26 dəfə oxundu.