“Bakcell” korporativ müştərilər üçün “Ailə günü” tədbiri təşkil edib
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti özünün korporativ müştərilərinə etibar, sadiqlik və əməkdaşlığa görə minnətdarlığını bildirmək məqsədilə xüsusi “Ailə günü” tədbiri təşkil edib.
Ötən həftəsonu “Bakcell” 60-dan çox şirkətin nümayəndələrini və onların ailə üzvlərini açıq havada təşkil olunmuş əyləncə və oyunlarda iştirak etmək üçün “Bakcell ailə günü” tədbirinə dəvət edib. Burada korporativ abunəçilər xoş əhval-ruhiyyə və dostluq mühitində ailələri və iş yoldaşları ilə birgə vaxt keçirib, digər şirkətlərin əməkdaşları ilə tanış olub və yeni biznes əlaqələri qurmaq imkanı əldə edib.
“Bakcell ailə günü” xüsusilə də uşaqların ürəyincə olub, çünki “Bakcell” onları əyləncə, maraqlı oyunlar və bol-bol hədiyyəli şən müsabiqələrlə sevindirib. Tədbir həmçinin DJ və ifaçıların performansı ilə müşayiət olunub. Bütün oyun və müsabiqələr xüsusi animatorlar tərəfindən keçirilib.
“Həftə içində günün böyük hissəsini işdə olan insanlar istirahət günlərində öz ailələri və uşaqları ilə mümkün qədər çox vaxt keçirməyə çalışırlar. “Bakcell” bu ənənəyə sadiq qalaraq istirahət günündə öz biznes tərəfdaşlarını və onların ailələrini bir araya gətirib. Münasibətlərimizi daha da möhkəmləndirmək “Bakcell” ailəsinin vacib bir hissəsi olduqlarına görə korporativ abunəçilərimizə təşəkkür etmək üçün bu çox yaxşı bir imkan idi”, - deyə “Bakcell” şirkətinin baş satış direktoru Zaur Bayramov bildirib.
“Bakcell” şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3 min 500-dən çox korporativ müştəriyə xidmət edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. “Bakcell” özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərir.
7000-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

Xəbər 26 dəfə oxundu.