Olimpiadaların qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar
Beynəlxalq olimpiadaların və respublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu növbəti qəbul kampaniyasında həyata keçiriləcək.
Bunu təhsil naziri Ceyhun Bayramov avqustun 12-də jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, “Təhsil haqqında” qanuna edilən son dəyişikliklərə əsasən, beynəlxalq olimpiada və respublika fənn olimpiadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar. C.Bayramov deyib: “Hazırda Təhsil Nazirliyi müvafiq qurumlarla birlikdə qəbulla bağlı qaydaların hazırlanması üçün iş aparır. Nazirlər Kabineti qaydaları təsdiqlədikdən sonra növbəti qəbul kampaniyasında bu qaydalardan istifadə ediləcək”.

Xəbər 46 dəfə oxundu.